İsveç baş naziri: Stokholm və Helsinki NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirmək üzərində işləyirlərbackend

İsveç baş naziri: Stokholm və Helsinki NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirmək üzərində işləyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stokholm və Helsinki NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirmək üzərində işləməyə davam etmək planlarını açıqlayıblar. Editor.az bildirir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Baş nazir vurğulayıb ki, söhbət üçtərəfli memorandumda yer alan öhdəliklərdən gedir. Onun sözlərinə görə, Stokholm və Helsinki artıq tələblərin bir hissəsini yerinə yetirib və memorandumun icrasını davam etdirmək niyyətindədir.

Kristersson fevralın 2-də təqdim olunan qanun layihəsi haqqında da danışıb. Həmin qanuna əsasən, 2023-cü il iyunun 1-dən ölkədə terrorla mübarizənin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunlar qüvvəyə minəcək. Qeyd edək ki, bir gün əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə rəhbərliyi İsveç və Finlandiyanın bütün NATO ölkələrinin alyansa qoşulmasına razılıq verməsini təmin etmək məqsədi daşıyan hər hansı addım görmür.

  //Samir Qurbanov, Editor.az