İsveç könüllü qayıdacaq immiqrantlara adambaşına 1 milyon lirədən çox pul verməyi planlaşdırırbackend

İsveç könüllü qayıdacaq immiqrantlara adambaşına 1 milyon lirədən çox pul verməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin immiqrasiya naziri Johan Forssell, mühacirlərin könüllü olaraq ölkələrinə qayıtmasını təşviq etmək üçün adambaşına 1 milyon 200 min lirə verməyi planlaşdırır.

Editor.az türk mətbuatına istinadla xəbər verir ki, büdcə təsdiq olunarsa, 2026-cı ildən icrasına başlanılacaq. Nazir Forssell qeyd edib ki, bu təşviq çərçivəsində 2026-cı ildə geri miqrasiya üçün qrantı adambaşına 350 min krona (təxminən 1 milyon 200 min) çatdırmağı planlaşdırırlar. Forssell büdcə təqdimat iclasında aşağıdakıları qeyd etdi: “Könüllülük əsasında qayıdış miqrasiyasının təşviqi prioritet məsələdir. Əvvəllər mövcud olan qrant, əsasən, heç istifadə olunmayıb və buna görə də biz hökumətlə birlikdə qrantın kəskin artırılmasını təklif edirik”.

//Gülnarə Abasova, Editor.az