İsveç NATO danışıqları üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərəcəkbackend

İsveç NATO danışıqları üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hökuməti NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərmək qərarına gəldiyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveç krallığının xarici işlər naziri Ann Linde məlumat verib.

XİN rəhbəri qeyd edib ki, Sosial Demokrat Partiyası administrasiyasının dünənki iclasında NATO-ya üzv olmaq üçün müraciət etmək qərara alınıb. Bu qərarla parlamentdəki sağçı partiyaların dəstəyi ilə İsveçin NATO-ya üzvlük müraciəti qəti sayılır.

//Gülnarə Abasova Editor.az