İsveç nüvə silahının qadağan edilməsinə qarşıdırbackend

İsveç nüvə silahının qadağan edilməsinə qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Müdafiə Nazirliyinin rəhbəri Yaşıllar Partiyasının ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən qanununa qarşı çıxıb.

Editor.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb. Ölkənin müdafiə naziri Paul Johnson, “ABŞ, İngiltərə və Fransadan İsveçdə nüvə silahı yerləşdirmək üçün heç bir tələb olmamışdır” deyən qonşu Norveç və Danimarkanın da bu mövzuda heç bir qanuni qadağası olmadığını söyləyib. İsveç NATO-ya qoşulmazdan əvvəl yerli Yaşıllar Partiyası ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən qanun qəbul etməyə cəhd göstərib.

Yaşıllar Partiyasının müdafiə sözçüsü Emma Berginger, bunun İsveçin münaqişə vəziyyətində nüvə hücumlarının hədəfi olmaması üçün zəruri olduğunu söyləyib. Əvvəllər İsveç rəhbərliyi NATO-ya daxil olduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirməyəcəyini dəfələrlə bildirsə də bu mövqe qanunla təsbit edilməyib.

//Gülnarə Abasova, Editor.az