İsveç paytaxtında “Quran”ın yandırılması ilə əlaqədar Türkiyədə etirazlar davam edirbackend

İsveç paytaxtında “Quran”ın yandırılması ilə əlaqədar Türkiyədə etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə əhalisi İsveçin paytaxtında “Quran”ın yandırılmasına qarşı çıxışları davam etdirir.

Editor.az “DoğruHaber” Telegram kanalına istinadən xəbər verir ki, Batman şəhərində minlərlə insan Stokholmdakı Türkiyə səfirliyi qarşısında “Quran”ın yandırılmasına etiraz edib.

Bildirilir ki, Quranın nümayişkaranə şəkildə yandırılması islam əleyhdarı “Hard Deal” partiyasının rəhbəri, ifrat sağçı siyasətçi Rasmus Paludanın təşəbbüsü olub. Partiya ölkədə İslama qadağa qoyulmasını və bütün “qeyri-qərbli sığınmaçıların” İsveçdən deportasiya edilməsini tələb edir.

Bir gün əvvəl Türkiyədə 90 min məsciddə qılınan namazlar “Quran”ın müdafiəsinə həsr olunub və Türkiyənin birinci şəxsləri Stokholmdakı anti-türk nümayişini pisləyiblər.

//Samir Qurbanov,Editor.az