ABŞ Dövlət Departamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun qüvvəyə mindiyini açıqlayıb. Skandinaviya ölkəsi rəsmi olaraq hərbi alyansın 32-ci üzvü oldu.
“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib”, – Dövlət Departamentinin saytında deyilir.
//Samir Qurbanov, Editor.az

