Avropa İttifaqı məhsulları hələ də ixrac olunan Rusiya hərbi-sənaye kompleksinə qarşı sanksiyaları genişləndirməlidir.
Editor.az bildirir ki, bunu noyabrın 28-də İsveç parlamentinin Xristian Demokrat Partiyasından olan üzvü Maqnus Yakobson bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi sənaye kompleksinin məhsullarının Qərb ölkələrində satılması və Rusiya büdcəsini doldurması qətiyyən yolverilməzdir. “Rusiya ilə iqtisadi əlaqələrə 100% xitam verilməlidir, bu, onlara sanksiyanın nə olduğunu həqiqətən hiss etdirməyin yeganə yoludur. Rusiya silahlarının təkcə alınması deyil, satışı da qadağan edilməlidir. Rusiya etdiyi hər şeyin hesabını verməlidir”, – deyə siyasətçi bildirib. Yakobson dünya mediasının nəşrlərinə istinad edərək bildirib ki, Moskva ABŞ və Aİ-də hərbi məhsullar satmaqda davam edir.
O, “Kalaşnikov” və “Alfa Precision”ın kimi Rusiya nəhənglərinin Qərb ölkələrinə silah tədarükü ilə bağlı aparılan araşdırmanı xatırladıb. Üstəlik, Kalaşnikov AB-də patron istehsalı üçün ayrıca bir xətt əldə etməyə çalışmışdı. “Bir daha vurğulayıram ki, bu, mənim şəxsi mövqeyimdir – Rusiya ilə bütün iqtisadi əlaqələr tamamilə kəsilməlidir. Bu, Rusiyaya qarşı münasibətdə həqiqətən düzgün və nəzərəçarpacaq addım olacaq”, – isveçli deputat yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az

