İsveç terror qanunlarını sərtləşdirir: NATO-ya üzvlüklə bağlı Ankaranın razılığını ala biləcəkmi?backend

İsveç terror qanunlarını sərtləşdirir: NATO-ya üzvlüklə bağlı Ankaranın razılığını ala biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ildir NATO-ya üzv olmağı gözləyən Avropa İttifaqı (Aİ) ölkələrindən biri İsveçdə yeni antiterror qanunları qüvvəyə minib. Müvafiq qanunlara əsasən, bundan sonra ölkədəki terror təşkilatlarına üzv olmaq, üzvü olan şəxslərə maddi yardım göstərmək və ya hər hansı formada dəstək vermək ağır cinayət hesab edilərək uzunmüddətli həbs cəzalarına zəmin yaradacaq.

Editor.az “Financial Times”a istinadən xəbər verir ki,  mövzu ilə bağlı açıqlamasında İsveçin baş naziri Ulf Kristersson qüvvəyə minən qanunların İsveçə terroru dəstəkləyənləri mühakimə etmək üçün yeni və təsirli vasitələrlə təmin edəcəyini bildirib. Kristersson məqaləsində bu qadağalarım tətbiqi ilə ölkəsinin terrorla mübarizə qanunlarında olan boşluğun aradan qaldırıldığını bildirib. Antiterror qanunlarını sərtləşdirməklə Stokholm bu günə qədər NATO üzvlüyünü dəstəkləməyən Ankaranın razılığını almağa ümid edir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra ənənəvi olaraq neytral xarici siyasət yürüdən İsveç və Finlandiya ötən ilin mayında NATO-ya üzvlük üçün müraciət etmişdi. Finlandiya ötən ilin aprelində NATO-ya 31-ci üzv kimi daxil edilib, İsveç isə hələ də Türkiyə və Macarıstandan razılıq almadığı üçün Alyansa daxil ola bilməyib.

Ankara İsveçin üzvlüyünə razılıq verilməməsinə səbəb kimi İsveçin terror təşkilatlarına, xüsusilə də PKK-ya qarşı kifayət qədər sərtlik nümayiş etdirmədiyini iddia edir. Baş nazir Kristersson açıqlamasında bu məsələyə toxunaraq, qüvvəyə minən yeni antiterror qanunları ilə İsveçin Türkiyə ilə razılaşmanın şərtlərini yerinə yetirdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az