İsveç prokurorluğu yaxın vaxtlarda Rusiyanın “Şimal axını” qaz kəmərlərinin zədələnməsi işi ilə bağlı qərar verəcək.
Editor.az bu barədə “Welt”ə istinadla xəbər verir.
Partlayışlarla bağlı araşdırma aparan prokuror Mats Ljungqvist yaxın bir neçə gün ərzində qərarın veriləcəyini bildirib. Ljungqvist dəqiq tarix açıqlamasa da, qərarın yalnız İsveç hüquq-mühafizə orqanlarının istintaq zamanı əldə etdiyi nəticələrə aid olacağını izah edib.
Daha əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiya “Şimal axını”nda təxribatla bağlı Almaniya, Danimarka və İsveç araşdırmalarının gedişi ilə bağlı məlumatların olmamasından təəssüflənir.
//Gülnarə Abasova, Editor.az

