İsveç: Torpaqlarımızda terrora yer yoxdubackend

İsveç: Torpaqlarımızda terrora yer yoxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Tobias Billström Fransanın “Le Monde” qəzetinə PKK ilə bağlı açıqlamalar verib.

Editor.az ”CNN Türk”ə istinadən xəbər verir ki , Billström danışıqlarda son vəziyyəti paylaşaraq, “Niyyətimiz ən qısa zamanda NATO-ya üzv olmaqdır”,- deyib. İyun ayında NATO Zirvə toplantısında İsveç, Finlandiya və Türkiyə arasında imzalanan anlaşma memorandumunu xatırladan Billström, “Biz Türkiyənin cinayətlə mübarizə sahəsində əməkdaşlığında da çox maraqlıyıq. Üç ölkə arasında dialoq davam edir. Anlaşma memorandumu Türkiyə Parlamentinin təsdiqinə tabedir. İlk olaraq üç ölkə buna əməl etməlidir”,- deyə bildirib.

Billström İsveç torpağında terrora yer olmadığını vurğulayıb.

Qeyd edək ki, 30 ölkədən 28-i İsveç və Finlandiyanın NATO-da iştirakını imzalasa da, Türkiyə və Macarıstan hələlik ratifikasiya etməyiblər.

//Gülnarə Abasova, Editor.az