İsveç: “Türkiyəyə silah ixrac edə bilərik”backend

İsveç: “Türkiyəyə silah ixrac edə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç bugünkü şərtlərlə Türkiyəyə silah ixrac edə bilər.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) rəhbəri Karl Evertsson “Expressen” qəzetinə açıqlamasında deyib.

Evertsson qeyd edib ki, İsveç müdafiə komissiyasının tələb etdiyi şərtlərlə silah ixracını həyata keçirirlər.

“İsveç istehsalı olan “AT-4 ” tank əleyhinə silahların terror təşkilatı PKK-nın əlinə necə keçdiyini bilmirik. Biz bu silahları təşkilatlara ixrac etmirik. Bu şərtlə ki, bu silahlar da lisenziyası ilə istehsal olunur. ABŞ-a və üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsinə diqqət yetirdiyimizə görə ola bilər”,- Karl Evertsson deyib.

Qeyd edək ki, ISP 15 oktyabr 2019-cu ildə Türkiyəyə silah satışını qadağan edib. SR dövlət radiosunun xəbərinə görə, bu tarixdən sonra İsveçdə yerləşən 3 özəl silah istehsalçısı şirkətinin Türkiyəyə silah satması tələbi qəbul edilməyib. Finlandiya və İsveçin NATO-ya müraciət prosesinin irəliləməsinə mane olan Ankaranın tələblərindən biri də 2019-cu ildə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatından sonra iki şimal ölkəsi tərəfindən silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması olub.

//Gülnarə Abasova, Editor.az