İsveç hökuməti Ukraynanın dövlət qurumlarına 100 milyon kron (10,4 milyon dollar) ayırmaq qərarına gəlib.
Editor.az xəbər verir ki, bu barədə qərar ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilib.
Press-relizdə bildirilib ki, vəsait hökumətin 2025-2029-cu illər üçün vətəndaş cəmiyyətinin inkişafı strategiyası çərçivəsində ayrılacaq.
İnteqrasiya naziri Simona Muhamsson deyib: “Vətəndaş cəmiyyəti Ukraynanın müdafiəsində və uzunmüddətli perspektivdə güclü cəmiyyətin inkişafında əsas rol oynayır. Bu baxımdan İsveçin köməyi də vacibdir”.
O da qeyd olunub ki, üç ölkə – İsveç, Danimarka və Norveçin Ukrayna üçün Amerika silahlarının alınmasında iştirak etmək qərarına gəlib. Daha sonra NATO-nun baş katibi Mark Rutte vəziyyəti şərh edərək, Skandinaviya ölkələrinə yardım üçün Kiyevə pul ödəmək qərarına görə təşəkkür edib.
//Gülnarə Abasova, Editor.az

