İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard ölkəsinin Ukraynaya 1,2 milyard İsveç kronu (indiki məzənnə ilə təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemlərini təhvil verəcəyini bildirib.
“Ukraynanı dəstəkləməklə biz öz təhlükəsizliyimizi gücləndiririk”, – İsveçin xarici işlər naziri X-də yazıb. “Svenska Dagbladet”in xəbərinə görə, söhbət Robot 70 və Tridon Mk2-dən gedir.
“Statista” xidmətinin məlumatına görə, 2022-ci ilin yanvarından 2024-cü ilin avqustuna qədər İsveç Ukraynaya 4,27 milyard avro dəyərində hərbi yardım göstərib – ölkə bu göstərici üzrə ilk beş Avropa ölkəsi sırasındadır.
//Samir Qurbanov, Editor.az

