İsveç Ukraynaya ən böyük hərbi yardım paketini açıqlayıb.
Editor.az “Agence France-Presse”a istinadla xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, energetika və sənaye naziri Abba Buşa deyib. Onun sözlərinə görə, İsveç Kiyevi 16-cı paketlə dəstəkləyir ki, bu da hazırda 13,3 milyard kron (1,2 milyard dollar) ilə ən böyük paketdir. Mart ayında İsveç parlamentinin maliyyə komitəsi hökumətin Ukraynaya maliyyə dəstəyi və hərbi yardım, o cümlədən hərbi texnika və sursat göndərilməsi təklifini dəstəkləyib.
Almaniya kansleri Olaf Şolts mayın 29-da Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Qərb ölkələrini Ukraynaya maliyyə yardımı göstərməyə və ona milyardlarla dollara çıxış imkanı verməyə çağırıb.
//Gülnarə Abasova, Editor.az

