İsveç Ukraynaya hərbi personal göndərə bilərbackend

İsveç Ukraynaya hərbi personal göndərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hələ ki, Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır.

Editor.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Pol Conson bildirib. O, digər NATO-ya üzv ölkələrin də oxşar təkliflə çıxış edəcəyi təqdirdə bu məsələyə baxılacağına aydınlıq gətirib: “Başa düşdüyüm qədər, bu məsələ ilə bağlı ortaq mövqe yox idi.

Burada və indi bununla bağlı konkret təklif yoxdur. Əgər olarsa, biz bunu nəzərdən keçirəcəyik”, – deyə Conson deyib. Fevral ayında Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməsə də, bir neçə gün sonra hələlik bunu etmək niyyətində olmadığını açıqlayıb.

May ayında “The Economist”ə verdiyi müsahibədə o, Kiyevin tələbi ilə Fransa qoşunlarının Ukraynaya göndərilməsinə icazə verəcəyini yenidən bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratik Azlıqların lideri Hakeem Jeffries də hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinə hərbi müdaxilə tələb oluna bilər.

//Samir Qurbanov, Editor.az