İsveç və Finlandiya 1 ay ərzində NATO üzvü olacaqbackend

İsveç və Finlandiya 1 ay ərzində NATO üzvü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq 30 üzv ölkənin parlamentlərinin bir ay ərzində Finlandiya və İsveçin Alyansa qoşulma protokollarını ratifikasiya edəcəyini gözləyir.

Editor.az-ın verdiyi xəbərə görə, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib qeyd edib ki, sözügedən iki ölkənin üzvlük prosesi artıq tarixdə ən sürətli proses olacaq.
“Keçən dəfə parlamentlərdə analoji ratifikasiya prosesimiz olmuşdu və bu, 12 ay və ya təxminən bir il çəkmişdi. Dəqiq deyə bilmərəm, amma (bu dəfə – red.) söhbət aylardan gedir”.
NATO-nun baş katibi bir neçə müttəfiqin artıq ratifikasiya prosesinə başlamasını alqışlayıb və onu həmişəkindən daha tez başa çatdıracağına söz verib.
Stoltenberq həmçinin Türkiyə də daxil olmaqla bütün müttəfiqlərdən ratifikasiya prosesinin tez və əngəlsiz olmasını gözləyir.

Editor.az