İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya… – Generaldan ŞOKbackend

İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya… – Generaldan ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək.

Bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

O bildirib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq – Sankt-Peterburq və Kalininqrad ətrafında.

“Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir”, – ABŞ generalı bildirib.

Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.

Publika.az