İsveç və Finlandiya NATO-ya üzv olur: Almaniya gecikmədən razılaşmağa çağırdıbackend

İsveç və Finlandiya NATO-ya üzv olur: Almaniya gecikmədən razılaşmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok Türkiyə və Macarıstanı Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini gecikmədən təsdiq etməyə çağırıb.

Editor.az “CNN”ə istinadla xəbər verir ki, o, Helsinkidə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə birgə mətbuat konfransında bildirib ki, bu qərar yalnız Şimali Atlantika Alyansını gücləndirəcək. “Son aylarda mən bütün NATO üzvlərinə, xüsusən də hələ ratifikasiya etməmiş iki üzvə aydın şəkildə bildirdim ki, sürətli ratifikasiya təkcə Alyansın ruhuna uyğun deyil, həm də bu bizi daha da gücləndirəcək”, – Burbok bildirib.

Haavisto Türkiyənin qoyduğu bütün şərtlərin” yerinə yetirilməsinin çox sürətli təsdiq prosesinə gətirib çıxaracağına ümid etdiyini bildirib. O, Finlandiya və İsveçin yayın ortalarına qədər Alyansa üzv olacağını gözlədiyini əlavə edib.

Daha öncə xəbər verdiyimiz kimi, Rusiya- Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Müraciətlər ABŞ prezidenti Co Bayden və Alyansa üzv olan 28 dövlət tərəfindən təsdiqlənib. Macarıstan və Türkiyə hələ bir qərar verməyib.

//Gülnarə Abasova, Editor.az