İsveç və Finlandiyanın Ukraynadan fərqi?backend

İsveç və Finlandiyanın Ukraynadan fərqi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peskov izah etdi Ukraynanın NATO üzvlüyü Finlandiya və İsveçin üzvlüyündən fərqlidir. Çünki Kiyevin Moskva ilə “ərazi mübahisəsi” var.

Editor.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə müsahibəsində deyib. “Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz yoxdur. Lakin əgər Ukrayna NATO-ya üzv olarsa, o zaman Rusiyanın alyansdakı bir dövlətlə ərazi mübahisəsi yaranar ki, bu da bütün qitə üçün böyük risklər daşıyacaq. Bu, bizim narahatlığımıza səbəb olan ciddi məsələdir. …Eyni zamanda Finlandiya və İsveçin NATO-ya daxil olmasının praktiki baxımdan təhlükəsizliyimiz üçün nəticələrinin nə olacağını da yaxından izləyəcəyik”, – Peskov belə deyib.

Editor.az