İsveç yalnız NATO üzvü olduqdan sonra Ukraynaya qırıcı təyyarələr göndərəcəkbackend

İsveç yalnız NATO üzvü olduqdan sonra Ukraynaya qırıcı təyyarələr göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin müdafiə naziri Pal Conson Ukraynaya 2,2 milyard İsveç kronu (199 milyon dollar) dəyərində yeni yardım paketinin köçürüldüyünü açıqlayıb.

Yeni paket əsasən artilleriya sursatlarından ibarətdir. Conson mətbuat konfransında həmçinin qeyd edib ki, Ukraynaya döyüş təyyarələri göndərmək imkanı da nəzərdən keçirilir.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. Hökumət ölkənin silahlı qüvvələrinə noyabrın 6-dan əvvəl “Jas Gripen” döyüş təyyarələrinin çatdırılması imkanlarını qiymətləndirməyi xahiş edib. Nazir vurğulayıb ki, İsveçin daxili təhlükəsizliliyi baxımından, təyyarələri göndərməzdən öncə, Ukrayna NATO üzvü olmalıdır.

Qeyd edək ki, bu İsveçin Ukraynaya sayca 14-cü yardım paketidir. 2022-ci ilin fevralından bu Skandinaviya ölkəsindən edilən hərbi yardımların ümumi dəyəri 22 milyard İsveç kronundan çoxdur.

//Samir Qurbanov, Editor.az