İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilibbackend

İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması İsveç hakimiyyətinin islamofobiyanı dəstəklədiyi anlamına gəlmir.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi Tobias Billström deyib.

“İslamofob təxribatlar dəhşətlidir. İsveçdə geniş ifadə azadlığı var, lakin bu o demək deyil ki, İsveç hökuməti və ya mən ifadə olunan fikirləri dəstəkləyirik”, – deyə o qeyd edib.

Sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludanın növbəti aksiyası – Stokholmdakı “Diplomatik qəsəbə”də polis tərəfindən mühasirəyə alınan zonada Türkiyə səfirliyi qarşısında Quranın açıq şəkildə yandırılması baş verib.