İsvecdə yuvalanan terror təşkilatları əl-ayağa düşübbackend

İsvecdə yuvalanan terror təşkilatları əl-ayağa düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdəki kürd terrorçu təşkilatları Stokholmun NATO-ya üzvlüklə bağlı Türkiyəyə güzəştə gedə biləcəyindən narahatdırlar. Editor.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Kürd Milli Konqresinin həmsədri Əhməd Karamus deyib.

“Bu, absurddur. İsveç parlamenti və İsveç hökuməti təhlükəsizlik siyasətinin vəziyyəti əsasında qərar vermək hüququna malikdir. Ümid edirik ki, İsveç və Ann Linde Ərdoğanın tələblərinə boyun əyməyəcək”, – deyə Karamus İsveç radiosunun efirində bildirib. Kürd Milli Konqresinin həmsədri qeyd edib ki, ölkələr problemləri kürdlərin hesabına deyil, diplomatiya yolu ilə həll etməlidirlər.

Məlum olduğu kimi, İsveç və Finlandiya hökumətləri NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəliblər və müvafiq sənədlər yaxın vaxtlarda Brüsselə göndəriləcək. Lakin onların qəbulu üçün Şimali Atlantika Alyansının bütün üzvlərinin, o cümlədən Türkiyənin razılığı lazımdır. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankara İsveç və Finlandiyanın alyansa qoşulma planlarını dəstəkləyə bilməz, çünki bu ölkələr “bir çox terror təşkilatının vətənidir”. Daha sonra Ərdoğanın müşaviri İbrahim Kalın bildirib ki, İsveç NATO-ya üzv olmaq üçün kürd terrorçularına yardımı dayandırmalıdır. Burada söhbət bir sıra ölkələrdə, o cümlədən Türkiyə, ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasından (PKK) gedir.

Editor.az