İsveç baş naziri Ulf Kristersson bu ilin əvvəlində qüvvəyə minəcək yeni terror qanununun yaydan əvvəl tətbiqinə başlayacaqlarını bildirib.
Editor.az xəbər verir ki, Kristersson, ölkəsinin xəbər agentliyi TT-yə verdiyi açıqlamada, 28 iyunda NATO Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçlü Memorandum çərçivəsində Stokholmda keçirilən ikinci ortaq mexanizm iclasını dəyərləndirib.
Görüşün məhsuldar keçdiyini qeyd edən Kristersson, “Türkiyə tərəfi ilk dəfə olaraq məmnunluğunu açıq şəkildə ifadə etdi” deyib.
Kristersson yeni terror qanununa toxunub: “Bu ilin əvvəlində tətbiq ediləcək və terror təşkilatlarında iştirakın qarşısını alan terror qanununun tətbiqinə yaydan əvvəl başlanacaq. İsveç Türkiyə ilə razılaşmaya əməl etməyə davam edir”.
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü nə vaxt təsdiq edəcəyini bilmədiyini bildirən Baş nazir, bunu Türkiyənin daha dəqiq biləcəyini qeyd edib.
//Samir Qurbanov, Editor.az

