İsveçdən Türkiyəyə: “Yeni ikitərəfli təhlükəsizlik dialoqu quracağıq”backend

İsveçdən Türkiyəyə: “Yeni ikitərəfli təhlükəsizlik dialoqu quracağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Baş naziri Ulf Kristersson Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Zirvəsi öncəsi ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra qiymətləndirmələr edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İsveçin NATO üzvlüyünün təsdiqi istiqamətində çox böyük bir addım atıldığını vurğulayan Kristersson, Türkiyə ilə əməkdaşlıq formatı olan yeni ikitərəfli təhlükəsizlik dialoqu quracaqlarını diqqətə çatdırıb.

Nazir, görüşdə Türkiyə-Avropa İttifaqı (AB) əlaqələrinin də müzakirə edildiyini də qeyd edib: “İsveç bu prosesdə Türkiyəni dəstəkləyir”.

//Safura Bənnayeva, Editor.az