İsveçdən Ukraynaya növbəti yardım paketi: “JAS 39 Gripen” qırıcıları da varbackend

İsveçdən Ukraynaya növbəti yardım paketi: “JAS 39 Gripen” qırıcıları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Ukraynaya 13,3 milyard kron (1,25 milyard dollar) dəyərində hərbi yardım göndərəcək.

Yardımların içində hava hücumundan müdafiə sistemləri və iki “Saab 340 AEW&C” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi də daxildir. Bu, Stokholmdan Kiyevə verilən ən böyük dəstək paketidir.

Editor.az bildirir ki, bu barədə baş nazirin müavini Ebba Buş “Associated Press”ə istinadən deyib: “Bu paket Ukraynanın prioritetləri siyahısında birinci yerdə olan avadanlıqlardan ibarətdir. Yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və zirehli maşınlar daxildir”.
İsveç müdafiə naziri Paul Jonson təsdiqləyib ki, Stokholm indiyə qədər İsveç Ukraynaya “JAS 39 Gripen” qırıcılarını göndərməkdən imtina edib. Çünki Ukrayna tərəfi daha çox “F-16” qırıcı proqramının həyata keçirilməsinə diqqət yetirir. Nazirin sözlərinə görə, “Saab 340 AEW&C” “Ukraynanın hava hücumundan müdafiəsinə ən böyük təsir göstərəcək”. O, Amerika “F-16”larının vəd edilmiş tədarüklərini tamamlayacaq və gücləndirəcək.

//Samir Qurbanov, Editor.az