İsveçi bir-birinə vuran qalmaqal: Azərbaycanlı kuryer saxta sənədlə baş nazirin evi qarşısında saxlanılıbbackend

İsveçi bir-birinə vuran qalmaqal: Azərbaycanlı kuryer saxta sənədlə baş nazirin evi qarşısında saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə baş verən bir olay hakimiyyət orqanlarını ən yüksək rütbəli dövlət məmurlarının təhlükəsizliyini ciddi şəkildə düşünməyə vadar edib. Hər kəsi düşündürən həm də ölkəni bürümüş saxta sənədlər problemidir.

Milli.Az xəbər verir ki, bu ölkənin Aftonbladet nəşri yazır ki, İsveç ictimaiyyətini bu mövzuları aktiv müzakirə etməyə sövq edən hallardan biri də İsveçin baş naziri Maqdalena Anderssonun iqamətgahı yaxınlığında saxta sürücülük vəsiqəsi ilə saxlanılan azərbaycanlı kuryerlə bağlı olaydır. “Artıq baş nazirin evinin mühafizəsi ilə bağlı əvvəllər gizli olan olan məlumatları aşkar etmək mümkündür” – deyə İsveç mediası yazır. Dekabrın 8-də Maqdalena Anderssonun evinin mühafizəsinə cavabdeh olan polislər baş nazirə bağlama çatdırmalı olan kuryer sürücünü saxlayıb. Şəxsiyyət yoxlanılandan sonra məlum olub ki, həmin şəxs saxta sürücülük vəsiqəsindən istifadə edib.

Aftonbladet-in əldə etdiyi polis hesabatında 36 yaşlı kişinin Azərbaycan vətəndaşı olduğu bildirilir. İndi o, avtomobili qanunsuz idarə etməkdə və saxta sənəddən istifadə etməkdə ittiham olunur. Xəbərdə azərbaycanlının hansı kuryer şirkətində işlədiyi barədə məlumat verilmir. Yalnız onun İsveçdə bir ildən bir qədər çox olduğu məlumdur. Stokholm polisi istintaqın davam etdiyini və buna görə də hələlik əlavə şərhlər verməyib. Lakin bu, İsveç baş nazirinin iqamətgahında baş verən yeganə həyəcanverici hadisə deyil.

Dekabrın 21-də ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə siqnal daxil olub ki, İsveçdə yaşamaq icazəsi olmayan Nikaraquadan olan təmizlik işçisi evin yaxınlığında saxlanılıb. Qadın nəzarətə götürülüb. İsveç nəşri dekabr hadisələri ilə bağlı şərh vermək istəyi ilə Maqdalena Anderssona müraciət etdiyini, lakin baş nazirin mövzu ilə bağlı sualları cavablandırmaqdan imtina etdiyini bildirib. KİV yazır ki, İsveçdə saxta pasport, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqələri problemi kifayət qədər kəskindir. Saxta sənəd almaq o qədər də çətin deyil. Əvvəllər İsveçin rusdilli sakinləri üçün forumda açıq şəkildə saxta sənədlər almaq təklif edilirdi və onların hazırlanmasının arxasında cinayətkar şəbəkələr dayanırdı və proses indi də davam edir.