İsveçin baş naziri: Ölkənin NATO-da yeri varbackend

İsveçin baş naziri: Ölkənin NATO-da yeri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Baş Naziri Ulf Kristersson İsveçin təbii yerinin NATO-da olduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə İsveç Nazirlər Kabinetinin rəhbəri “Xalq və Müdafiə 2024” milli konfransında bildirib.

“İsveçin təbii yeri NATO-dadır. Bu, bir çoxumuzun onilliklər ərzində burada paylaşdığı bir inancdır”, – deyə baş nazir bazar ertəsi keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, dövlətin xarici siyasətində bu əsas paradiqma dəyişikliyi ilə bağlı geniş siyasi konsensus mövcuddur. Baş nazir vurğulayıb ki, İsveç Baltik dənizi regionunda və NATO-nun idarəetmə strukturu çərçivəsində “böyük məsuliyyəti” öz üzərinə götürməyə hazırdır.

Bundan əvvəl İsveçin Mülki Müdafiə naziri Karl-Oskar Bulin İsveçdə mümkün müharibə elan etmiş və vətəndaşları hərbi əməliyyatlara hazır olmağa çağırmışdı.

//Gülnarə Abasova, Editor.az