İsveçin baş naziri: Quran yandırma təxribatlarına qarşı Danimarka ilə sıx dialoq aparırıqbackend

İsveçin baş naziri: Quran yandırma təxribatlarına qarşı Danimarka ilə sıx dialoq aparırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Quranın yandırılması ilə əlaqədar təxribatlarla bağlı Danimarka ilə sıx dialoq içərisindədir.

Editor.az xəbər verir ki, bu barədə İsveç baş naziri Ulf Kristersson verdiyi yazılı açıqlamada deyib. O, bu barədə Danimarka Baş naziri Mette Frederiksen ilə görüşlər keçirdiyini vurğulayıb.

İsveçin İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik vəziyyətini yaşadığına diqqət çəkən Kristersson, başqa ölkələrin Quran yandırma təxribatlarından İsveçə qarşı istifadə etdiyini bildirib.

“Bizim müxtəlif inanclı insanlara hörmətlə yanaşmaq ənənəmiz var. Din azadlığı cəmiyyətlərimizin təbii sütunudur. “İctimai asayiş haqqında” qanun da daxil olmaqla, qanunvericilik aktlarını təhlil edirik. Çünki isveçlilərin xaricdəki təhlükəsizliyi ciddi məsələdir”,-deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az