İsveçli siyasətçi: Rusiya BMT-nin bütün strukturlarından xaric edilməlidirbackend

İsveçli siyasətçi: Rusiya BMT-nin bütün strukturlarından xaric edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin reputasiyasını qorumaq üçün Rusiya təşkilatdan xaric edilməlidir.

Editor.az xəbər verir ki, bu barədə oktyabrın 6-da “Guildhall”a müsahibəsində İsveç parlamentinin (Riksdaq) üzvü, koalisiyanın nümayəndəsi Maqnus Yakobsson məlumat verib.

“Rusiya Birləşmiş Millətlər Təşkilatının müdafiə etdiyi hər şeyi pozub, ona görə də mən hesab edirəm ki, bu ölkə BMT Təhlükəsizlik Şurasından xaric edilməlidir. Əlbəttə, BMT-nin qaydalarına və sənədlərinə görə, bu o qədər də sadə deyil, amma bir siyasətçi kimi mən nəyin doğru, nəyin yanlış olduğunu söyləməyə borcliym. BMT-nin müdafiə etdiyi hər şeyi Rusiya pozub və biz reaksiya verməsək, BMT-nin reputasiyası tamamilə məhv olacaq”. Jacobsson hesab edir ki, Rusiya “bütövlükdə təşkilatdan” kənarlaşdırılmalıdır. “Mən bunu çox qəti şəkildə deyirəm”, – deyə isveçli siyasətçi vurğulayıb. Qeyd edək ki. Rusiya BMT Təhlükəsizlik Şurasının istənilən qərara veto hüququna malik beş daimi üzvündən biridir. Rusiya bu vetodan daim qərarların, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qətnamələrin qarşısını almaq üçün istifadə edir.

  //Samir,Editor.az