İsveçrə bu ölkədə səfirliyini bağlamaq qərarına gəlibbackend

İsveçrə bu ölkədə səfirliyini bağlamaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

sveçrə aprelin 15-dən silahlı qarşıdurmanın yaşandığı Sudanın paytaxtı Xartumdakı səfirliyini təhlükəsizlik səbəbi ilə bağlamaq qərarına gəlib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat paylaşılıb.

“Təhlükəsizlik məqsədilə Xartumdakı səfirliyimizi bağlayırıq. Səfirliyin əməkdaşları və onların ailə üzvləri təxliyə edilib və onlar təhlükəsizdirlər. Bu, tərəfdaşlarımızla, xüsusilə Fransa ilə əməkdaşlığımız sayəsində mümkün olub. Dəstəklərinə görə təşəkkür edirik”,-deyə bəyanatda bildirilir.

İsveçrə Xarici İşlər Nazirliyi aprelin 21-də verdiyi açıqlamada Sudanda gərginliyin artması və ölənlərin sayı ilə bağlı dərin narahatlığını ifadə edib və tərəflərdən qlobal atəşkəs çağırışlarına qulaq asmalarını istəyib.

//Safura Bənnayeva, Editor.az