İsveç 2022-ci ildə Ukrayna əsgərlərinə təlim keçib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İsveçrə Müdafiə Nazirliyinin sözçüsü Stefan Hofer deyib.
Onun sözlərinə görə, belə bir tələb gəlsə belə, onlar rus əsgərlərinə təlim keçə bilməyəcək.
Daha əvvəl yerli mətbuat təşkilatlarından biri olan Tages-Anzeiger qəzeti İsveçrənin ötən il xilasedici əsgərlər üçün hazırladığı ilk yardım kursu çərçivəsində 3 Ukrayna əsgərinə təlim keçdiyini yazıb.Müvafiq təlim 2022-ci ildə Stansda keçirilib.
Sözçü həmçinin sanksiya tətbiq edilən dövlətlərin nümayəndələrinin tam və ya qismən İsveçrə ordusu tərəfindən təşkil edilən və ya maliyyələşdirilən kurs və tədbirlərə buraxılmamasına diqqət çəkərək, bildirib ki, bu, hazırda Rusiya və Belarus üçün belədir. Hofer həmçinin əlavə edib ki, ukraynalıların gələcək müraciətlərinə baxılacaq.
//Gülnarə Abasova, Editor.az