İsveçrə müharibə aparan ölkələrə silah tədarükünə icazə veribbackend

İsveçrə müharibə aparan ölkələrə silah tədarükünə icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Parlamentinin Aşağı Palatasının Təhlükəsizlik Siyasəti Komitəsi münaqişə vəziyyətində olan ölkələrə silah ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasına dair qanun layihəsini təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə məlumat İsveçrə Milli Şurasının rəsmi saytında dərc olunub.

Komitə üzvlərinin 16 nəfəri qərarın lehinə, 9 nəfəri isə əleyhinə səs verib. Qərara əsasən, İsveçrə artıq ixrac rejimi öz ölkəsinin tələblərinə bənzər olan dövlətlərə — hətta həmin ölkələr silahlı münaqişədə iştirak etsələr belə — hərbi texnika göndərə biləcək.

Eyni zamanda, komitə İsveçrə hökumətinə istisna hallarda mövcud ixrac meyarlarından kənara çıxmaq səlahiyyəti verilməsini nəzərdə tutan təklifi də dəstəkləyib.

Bundan başqa, parlament komitəsi silahların təkrar ixracına qoyulan qadağanın ləğv edilməsini xahiş edib.

Xatırladaq ki, İsveçrə müdafiə nazirinin müavini Markus Mader sentyabrın 30-da açıqlama verərək bildirib ki, ölkə parlamenti hərbi münaqişədə olan dövlətlərə, o cümlədən Ukraynaya silah tədarükünü məhdudlaşdıran qaydalara yenidən baxa bilər.

// Gülnarə Abasova, Editor.az