İsveçrə Rusiyanın Ukraynaya təcavüzünü pisləmək üçün xüsusi tribunalın yaradılması ideyasını dəstəkləyib.
Editor.az bildirir ki. İsveçrə belə bir tribunalın yaradılmasını müdafiə edən bir qrup ölkənin Berlində keçirilən iclasında qəbul edib.
“İsveçrə qəti şəkildə əmindir ki, Ukraynaya qarşı təcavüz cəzasız qalmamalıdır”. Bəyanatda həmçinin xatırladılır ki, son aylarda bu təşəbbüs 38 ölkə, o cümlədən Fransa, Almaniya, Norveç, Qvatemala, Yaponiya və Kanada tərəfindən dəstəklənib. İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törədilmiş hərbi və insanlığa qarşı cinayətləri təqib etmək səlahiyyətinə malik olsa da, bu münaqişədə təcavüz cinayəti ilə bağlı yurisdiksiyaya malik deyil. Çünki nə Rusiya Federasiyası, nə də Ukrayna Roma Statutunu ratifikasiya etməyib.
//Samir Qurbanov, Editor.az

