İsveçrə Milli Şurası (böyük assambleya) öz silahlarının hərbi münaqişələrdə iştirak edən ölkələrə, o cümlədən Ukraynaya təkrar ixracı cəhdini rədd edib.
Editor.az bu barədə TASS-a istinadən xəbər verir.
Nəşr bildirir ki, 135 deputat Kanton Şurasının (parlamentin kiçik palatası) müvafiq təklifinin əleyhinə səs verib, 48 deputat isə onu dəstəkləyib.
Bundan əvvəl Almaniya İsveçrəni Ukraynaya silah tədarükünə icazə verməyə çağırmışdı. Sentyabrın 26-da İsveçrə Milli Şurası və Kanton Şurası Almaniyaya 25 Leopard 2 tankının satışını təsdiqləyib və onların Ukraynaya verilməyəcəyinə söz verib.
İyul ayında İsveçrə hökuməti Ukraynadakı məktəblərin təmiri üçün təxminən 6,1 milyon dollar ayırmaq qərarına gəlib. Əvvəllər ABŞ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlamışdı.
//Gülnarə Abasova, Editor.az

