İsveçrədə inflyasiya 2008-ci ildən bəri ən yüksək səviyyədədirbackend

İsveçrədə inflyasiya 2008-ci ildən bəri ən yüksək səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayında yanacaq və kirayə qiymətlərinin artması səbəbindən 2,9 faiz qalxaraq İsveçrədə illik inflyasiya 2008-ci ildən bəri ən yüksək həddə çatıb.

Editor.az xəbər verir ki, bu barədə İsveçrə Federal Statistika İdarəsi (BFS) məlumat yayıb.

Qeyd edək ki, may ayında inflyasiyanın 2,6 faizə yüksələcəyi gözlənilirdi. Ölkədə istehlak qiymət indeksi aylıq bazda 0,7 faiz artıb.

//Gülnarə Abasova, Editor.az