İsveçrədə müsəlman qadınlarına yönəli əcaib qanun qüvvəyə minibbackend

İsveçrədə müsəlman qadınlarına yönəli əcaib qanun qüvvəyə minib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə parlamenti üzü örtən paltarların geyinilməsini qadağan edən qanun qəbul edib.

Editor.az “Bloomberg”ə istinadən xəbər verir ki, bura hicab taxmağın qadağan edilməsi də daxildir.

Əvvəllər bu təşəbbüs əhalinin əksəriyyəti tərəfindən dəstəklənib. 2021-ci ilin fevralında ümumxalq səsverməsi keçirilib və nəticədə İsveçrə əhalisinin 51%-i bu cür geyimlərin geyinilməsinin qadağan edilməsinə səs verib.

Qəbul edilmiş qanuna görə, pozuntuya görə 1 min frank (1116 dollar) cərimə tətbiq oluna bilər.

Qeyd edək ki, mühafizəkar İsveçrə Xalq Partiyasının irəli sürdüyü qanun layihəsinin müzakirəsi zamanı o, müsəlmanlar tərəfindən ciddi tənqid edilib.

//Samir Qurbanov, Editor.az