İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda daha bir ölkə iştirak etməyə razılıq veribbackend

İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda daha bir ölkə iştirak etməyə razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı silahlı münaqişənin həlli ilə bağlı İsveçrədə keçiriləcək konfransda Tailand iştirak edəcək, ölkəni isə xarici işlər nazirinin müavini Russ Çaliçan təmsil edəcək.

Editor.az bu barədə Thai PBS-a istinadla xəbər verir. Tailand Ukrayna münaqişəsinin sürətli və sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini bildirdiyi üçün bu tədbirə dəvət edilib. Ukrayna münaqişəsinin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Onlardan 80-i iştirakını təsdiqləyib.

İclasda Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”ndan bəzi məqamlar müzakirə olunacaq: nüvə və ərzaq təhlükəsizliyi, “hamı üçün” formatında hərbi əsirlərin mübadiləsi, oğurlanmış ukraynalı uşaqların Rusiyaya qaytarılması.

//Gülnarə Abasova, Editor.az