ISW: “Bu istiqamətdə Rusiyanın döyüş qabiliyyəti pisləşib”backend

ISW: “Bu istiqamətdə Rusiyanın döyüş qabiliyyəti pisləşib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orexovski istiqamətində (Zaporojye vilayəti) daim döyüşən rus bölmələrinin döyüş qabiliyyəti xeyli pisləşib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Müharibəni Araşdırılması İnstitutunun (ISW) yeni hesabatında deyilir.

“Rusiya artıq əks-hücumlar həyata keçirə və Ukraynanın irəliləyişinə müqavimət göstərə bilmir”,-deyə qeyd edilib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlamasında Rabotinoy və Verbovoy ətrafında Rusiyanın uğurlu müdafiə əməliyyatlarını 70-ci Qvardiya Motoatıcı Alayının, 56-cı Hava Desant Briqadasının, 56-cı Hava Ordusunun, 56-cı Hava Hücum Alayının və başqalarının bölmələri ilə əlaqələndirib.

ISW-nin məlumatına görə, 70-ci Qvardiya motoatıcı alayının əks-hücumlarda iştirakı onu göstərir ki, 7-ci hava-desant diviziyasının aktiv bölmələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşib və bu hava-desant elementləri artıq Ukrayna ərazisində əks-hücumları həyata keçirə bilmir.

//Safura Bənnayeva, Editor.az