“Ukraynada Amerikanın uzaqmənzilli ATACMS raketlərinin olması döyüş meydanındakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir edə bilər. İndi ruslar Ukrayna Silahlı Qüvvələrinin əlində olan yeni silahlarla qarşıdurmanı nəzərə alaraq aviasiyadan və anbarlardan istifadə prinsiplərini öyrənməli olacaqlar”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd edilib.
“Ukraynanın işğal olunmuş ərazilərdəki aerodromlara zərbələri Rusiya komandanlığını hava qüvvələrini dağıtmağa və bəzi təyyarələri cəbhə xəttindən daha da geri çəkməyə məcbur edəcək”-deyə, məlumatda qeyd edilib.
//Safura Bənnayeva, Editor.az

