İran bu il oktyabr ayında raketlərin ötürülməsi ilə bağlı Rusiya ilə razılaşa bilər.
Editor.az xarici mediaya istinadən bildirir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, proses BMT Təhlükəsizlik Şurasının bu cür razılaşmalarını qadağan edən 2231 saylı qətnaməsi başa çatdıqdan sonra oktyabrın 18-də baş verəcək.
Ukrayna və İsrail kəşfiyyatının hesabatları göstərir ki, Rusiya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini əldə etməyə çalışır. Hər ikisi 300 kilometr və ya daha çox məsafəyə malikdir.
Onu da qeyd edək ki, sentyabrın 19-da Rusiya müdafiə naziri Sergey Şoyqu ikitərəfli müdafiə və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Tehrana səfər edib.
//Safura Bənnayeva, Editor.az

