ISW “MQ-9 Reaper”in vurulmasının ABŞ və Rusiya arasında birbaşa müharibəyə səbəb olub-olmayacağını AÇIQLADIbackend

ISW “MQ-9 Reaper”in vurulmasının ABŞ və Rusiya arasında birbaşa müharibəyə səbəb olub-olmayacağını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“MQ -9 Reaper” PUA-sı vurulsa da ABŞ və Rusiya arasında münasibətləri gərginləşdirəcək heç nə yoxdur”.

Editor.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatında deyilir.

ISW ekspertlərinin fikrincə, hər iki ölkənin prezidenti belə hadisələrə necə reaksiya verəcəklərini seçmək azadlığını özündə saxlayır: “Prezident Co Baydenin ABŞ qoşunlarını Rusiya ilə birbaşa münaqişəyə cəlb etməmək barədə dəfələrlə öhdəlik götürdüyünü və Kremlin NATO ilə müharibəyə açıq-aydın və dəfələrlə istəksizliyini nəzərə alsaq bu cür hadisələrin böyüdülməsi üçün heç bir səbəb yoxdur”.

Orada həmçinin qeyd edilir ki, Rusiya qüvvələri onilliklər ərzində münaqişə yaratmadan müxtəlif döyüş meydanlarında ABŞ və müttəfiqlərinin təyyarə və donanma gəmilərinə qarşı məcburi siqnallardan istifadə edib.

Qeyd edək ki, martın 14-də Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısından birinin ABŞ-ın “MQ-9” pilotsuz uçuş aparatı ilə toqquşması nəticəsində ikinci beynəlxalq sulara düşüb.

//Gülnarə Abasova, Editor.az