“Ruslar Avdeyevkanı mühasirəyə almaq məqsədi ilə hücumlarını davam etdirdilər”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında əks olunub.
Məlumata görə, Rusiya hələlik bu istiqamətdə uğur əldə edə bilməsə də tezliklə şəhəri mühasirəyə almaq cəhdlərini gücləndirə bilər. Analitiklərin fikrincə, Rusiya qoşunları 15-ci motoatıcı alayının bölmələrindən ibarət əhəmiyyətli qüvvələr qrupunu Avdeyevka ilə Donetsk arasındakı cəbhədə cəmləşdirib və artıq bu ərazidə hücum əməliyyatları həyata keçiriblər.
Rusiya mənbələrinin məlumatına görə, batalyonlar birgə hücumlar həyata keçirirlər ki, onların miqyası müharibənin indiki mərhələsində Rusiya və ya Ukraynanın əksər hücumlarını üstələyir.
//Safura Bənnayeva, Editor.az

