ISW-“Rusiyanın bu istiqamətdə hücum imkanları sarsılıb”backend

ISW-“Rusiyanın bu istiqamətdə hücum imkanları sarsılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Avdeyevkada əhəmiyyətli itkilər verib və bu, çox güman ki, onun uzunmüddətli perspektivdə hücum imkanlarını sarsıdacaq” .

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu məlumat verib.

Analitiklərin məlumatına görə, oktyabrın 10-dan Avdeyevka və Marinka yaxınlığında Rusiya 5000 canlı qüvvə və 400 zirehli texnika itirib.

“Eyni zamanda, Rusiya komandanlığı canlı qüvvədə əhəmiyyətli itkiləri kompensasiya etmək və rus qoşunlarının hücum qabiliyyətini qorumaq üçün Avdeyevka cəbhəsinə əlavə qüvvələr köçürüb. Buna baxmayaraq rəsmi Moskva üçün zirehli texnikanın itkisini kompensasiya etmək çox çətin olacaq”-deyə, məlumatda qeyd edilib.

Qeyd olunub ki, Rusiya avadanlığın çatışmazlığını aradan qaldırmaq üçün öz müdafiə sənayesi bazasının elementlərini səfərbər edib. Lakin bu addım da uğursuzluqla nəticələnib.

//Safura Bənnayeva, Editor.az