Rusiya Silahlı Qüvvələri Avdeyevkanın şimalında hücuma hazırlaşır.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
Məlumata görə, hazırda Rusiyanın bu istiqamətdə 40 min şəxsi heyəti var və ora əlavə qüvvələr ötürülür.
Eyni zamanda, ISW analitikləri qeyd edirlər ki, Rusiya hərbi birləşmələri az sayda heyətə malikdir və yalnız öz eşelonlarının təklif etdiyindən daha az sayda batalyonlar, briqadalar və ya alaylar həmin istiqamətdə yerləşdirilib.
“Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu kimi addımlarına cavab olaraq həmin istiqamətdə əks-hücum əməliyyatlarına başlayıb”, -deyə hesabatda qeyd edilib.
//Safura Bənnayeva, Editor.az

