Ukrayna Silahlı Qüvvələri rus qüvvələrinin məhdud ehtiyatlarının tükənməsi üçün məqsədyönlü şəkildə hücum əməliyyatları həyata keçirir.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd edilib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri kifayət qədər itki verib. Analitiklər Rusiya qüvvələrinin yüksək səviyyədə itkilər verməkdə davam etməsinə belə münasibət bildiriblər:”Vəziyyət belə davam edərsə, Rusiyanın kifayət qədər yeni qoşun yetişdirmək qabiliyyətinin qarşısını almaq mümkün olacaq”.
//Safura Bənnayeva, Editor.az

