ISW: “Ukrayna bu əraziləri minalayır”backend

ISW: “Ukrayna bu əraziləri minalayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlayır və Xerson vilayətinin sol sahilinə hücumlar həyata keçirirlər”.
Editor.az xarici mediaya əsasən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri rusiyalı bloggerlərə istinadən öz hesabatlarında məlumat verib.
Məlumata görə, hazırda Krinki yaxınlığında hərbi əməliyyatlar gedir.Ukrayna Müdafiə Qüvvələrinin Xerson bölgəsində ruslara qarşı hücuma keçdiyini və rus hərbiçilərinin hücumlarını çətinləşdirmək üçün Krınki kəndi yaxınlığındakı ərazini minaladıqları iddia edilir.
Həmçinin qeyd olunur ki, Ukrayna qoşunları mövqelərini gücləndirməkdə davam edir. Eyni zamanda, ruslar güclü hava hücumları və termobarik artilleriyadan hücumlar həyata keçirirlər.
Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk Ukrayna qoşunlarının cəbhədə rusların döyüş potensialını darmadağın etdiyini vurğulayıb.

//Safura Bənnayeva, Editor.az