ISW: “Ukrayna bu istiqamətdə xeyli irəliləyir”backend

ISW: “Ukrayna bu istiqamətdə xeyli irəliləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlayır və Xerson vilayətinin sol sahilində hücum əməliyyatlarını davam etdirirlər.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.
“Ukrayna Silahlı Qüvvələri Poima yaxınlığında (Xersonun cənub-şərqində 13 km və Dneprdən 3 km) hücuma keçərək Krınki istiqamətində müəyyən qədər irəliləyib”.

Eyni zamanda ukraynalı hərbi ekspert, polkovnik Konstantin Maşovets bildirib ki, Ukrayna qoşunları Krınki və Antonovski avtomobil və dəmir yolu körpüləri yaxınlığında mövqelər saxlayır.

Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətindəki uğurları fonunda rus hərbi qüvvələri Dnepr qrupunun komandirlərini rotasiyaya keçiriblər.

//Safura Bənnayeva, Editor.az