ISW: “Ukrayna qoşunları 2 istiqamətdə irəliləyib”backend

ISW: “Ukrayna qoşunları 2 istiqamətdə irəliləyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Zaporojye bölgəsində və Baxmut yaxınlığında əks-hücum əməliyyatları davam edərkən, Ukrayna qoşunları oktyabrın 2-də Donetsk və Zaporojjya vilayətləri arasındakı sərhəddə bir qədər irəliləyiş əldə ediblər.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Amerika Müharibə Araşdırma İnstitutunun (ISW) yeni hesabatında qeyd edilib.

“Oktyabrın 2-də dərc edilən geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Novomayorskedən bir qədər şimal-qərbə doğru irəliləyib. Ukrayna Baş Qərargahı bildirib ki, Ukrayna qoşunları Melitopol (Zaporojye vilayətinin qərbi) və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir”,- deyə hesabatda qeyd edilib.

//Safura Bənnayeva, Editor.az