Ukrayna qüvvələri Baxmut yaxınlığında və Zaporojye vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
“Ukrayna qüvvələri Klişçevkaya (Baxmutdan 7 km cənub-qərb) və Andreevka (Baxmutdan 10 km cənub-qərb) arasındakı dəmir yolu xəttinə quru hücumlarını davam etdirib və Ukrayna Baş Qərargahı bildirib ki, Ukrayna qüvvələri bu yaşayış məntəqələri yaxınlığında qismən uğur qazanıb”,-deyə bildirilib.
Açıqlamada rus qüvvələrinin də öz növbəsində Baxmut yaxınlığında məhdud əks-hücumları davam etdirdiyi, lakin heç bir irəliləyiş əldə etmədiyi də vurğulanıb.
//Safura.Bənnayeva, Editor.az

