Sentyabrın 11-də Ukrayna Müdafiə Qüvvələri Donetsk və Zaporojye vilayətlərində əks-hücum əməliyyatlarını davam etdirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Müharibə Araşdırma İnstitutunun hesabatına görə, sentyabrın 11-də Ukrayna qoşunları cəbhənin dörd istiqamətdə irəliləyib.
Qeyd olunur ki, sentyabrın 11-də Ukrayna müdafiə qüvvələri Donetsk və Zaporojye vilayətlərində əks-hücum əməliyyatlarını davam etdirərək Baxmut vilayətində Avdeevka-Donetsk xətti boyunca, Donetskin qərb sərhədi bölgəsində və Zaparojyenin şərq və qərb hissələrinə doğru irəliləyib.
Analitiklərin fikrincə, Ukrayna hərbçiləri son bir həftə ərzində Ukrayna qüvvələrinin Baxmut istiqamətində 2 kvadrat kilometr ərazini azad edib.
//Safura Bənnayeva, Editor.az